Braziliyada təbii fəlakətdən ölənlərin sayı artıb

Braziliyada təbii fəlakətdən ölənlərin sayı artıb Braziliyanın şimal-şərqində Bahiya və Minas Jerais ştatlarında leysan yağışların səbəb olduğu sel daşqınlarından ölənlərin sayı 12-yə çatıb.
Digər ölkələr
14 Dekabr , 2021 11:01
Braziliyada təbii fəlakətdən ölənlərin sayı artıb

Braziliyanın şimal-şərqində Bahiya və Minas Jerais ştatlarında leysan yağışların səbəb olduğu sel daşqınlarından ölənlərin sayı 12-yə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 267 nəfər xəsarət alıb, 8300-dən çox sakin ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Bütövlükdə isə təbii fəlakətdən 220 mindən çox insan ziyan çəkib.

Xilasedici dəstələrin su basdığı bəzi ərazilərə gedə bilməməsinə görə ölən və yaralananların sayının artacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi