Braziliyada son sutkada 428 nəfər pandemiyanın qurbanı oldu

Braziliyada son sutkada 428 nəfər pandemiyanın qurbanı oldu Braziliyada koronavirusdan ölənlərin sayı 6 329-a yüksəlib.
Digər ölkələr
2 May , 2020 11:55
Braziliyada son sutkada 428 nəfər pandemiyanın qurbanı oldu

Braziliyada koronavirusdan ölənlərin sayı 6 329-a yüksəlib.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ötən sutkada 428 nəfər pandemiyanın qurbanı olub.

Bundan başqa, Cənubi Amerika ölkəsində yoluxanların sayı daha 6 209 nəfər artaraq 91 589-a çatıb.

Hazırda 38 039 nəfərin sağaldığı ölkədə 1 642 nəfərin ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1 083 943 nəfəri sağalıb, 239 623 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi