Braziliyada sarı qızdırma xəstəliyi 47 nəfərin ölümünə səbəb olub

Braziliyada sarı qızdırma xəstəliyi 47 nəfərin ölümünə səbəb olub Bu virusdan xəstələnənlərin sayı 120 nəfərə çatıb
Digər ölkələr
31 Yanvar , 2017 03:31
Braziliyada sarı qızdırma xəstəliyi 47 nəfərin ölümünə səbəb olub

Bakı. 31 yanvar. REPORT.AZ/ Braziliyada sarı qızdırmadan xəstələnənlərin sayı 120 nəfərə çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Səhiyyə Nazirliyi elan edib.

Məlumata görə, onlardan 47-i ölüb.

İndi təhlükəli xəstəliyin əlamətləri respublikanın dörd regionunda qeydə alınıb. Bunlar Minas-Jerays, San-Paulu, Espiritu-Santu və Baiya ştatlarıdır.

Daha əvvəl bildirilirdi ki, sarı qızdırma xəstəliyi diaqnozu paytaxt Federal dairəsində yaşayan pasiyentə də qoyulub. Lakin sonradan bu informasiya təkzib edildi.

Bu halda həkimlərin təhlükəli xəstəliyin əlamətlərini aşkar etdikləri pasiyentlərin sayı 639 nəfər təşkil edir. Onların hər birinə dəqiq diaqnoz analizlərdən sonrakı 20-30 gün ərzində məlum olacaq.

Son xəbərlər

Orphus sistemi