Braziliyada qayanın uçması nəticəsində 10 nəfər ölüb

Braziliyada qayanın uçması nəticəsində 10 nəfər ölüb Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığında qayanın turistlərin olduğu qayıqların üzərinə aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Digər ölkələr
9 Yanvar , 2022 23:15
Braziliyada qayanın uçması nəticəsində 10 nəfər ölüb

Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığında qayanın turistlərin olduğu qayıqların üzərinə aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə “Report” “CNN Brasil” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, xilasedicilər daha üç nəfərin cəsədini tapıblar. Batan iki gəmidə həmin an ən azı 34 nəfər olub. 23 nəfər yüngül bədən xəsarətləri alıb, 8 nəfər tibb müəssisələrinə aparılıb.

Güclü eroziyaya uğramış qayaların uçmasına bölgədə yağan güclü yağış səbəb olub.

Son xəbərlər

Orphus sistemi