Yuxarı
    Bağlamaq

    Braziliyada nümayişçilərlə polis arasında toqquşmalar baş verib

    Polis mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib

    Bakı. 01 sentyabr. REPORT.AZ/ Prezident Dilma Roussefin impitçmentinə qarşı çıxış edən nümayişçilər San-Paulu şəhərində polislə toqquşmaya giriblər.

    "Report" "Globo" kanalına istinadən xəbər verir ki, toqquşma şəhərin mərkəzində baş verib.

    Polis mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib, əvəzində polisə daş və əldəqayırma bombalar atılıb.

    Nümayişçilər yolun hərəkət hissəsində tullantılardan maneə düzəldərək onlara od vurublar.

    Roussefin impiçmentinin yekununda ölkə prezidenti vəzifəsinə Mişel Temer keçib. O, 2018-ci ilin sonu ölkədə yeni seçkilərin keçiriləcəyi vaxta qədər Braziliyaya rəhbərlik edəcək və dövlətin yeni rəhbəri adlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi