Braziliyada nümayişçilər parlamentin iclas zalına daxil olublar

Braziliyada nümayişçilər parlamentin iclas zalına daxil olublar Etirazçılarla mühafizəçilər arasında toqquşma baş verib
Digər ölkələr
16 Noyabr , 2016 22:52
Braziliyada nümayişçilər parlamentin iclas zalına daxil olublar

Bakı. 16 noyabr. REPORT.AZ/ Braziliyada hökumət əleyhinə çıxış edən təqribən 60 nəfərdən ibarət nümayişçi Parlamentin Aşağı Palatasının iclas zalına daxil olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, nümayişçilər Deputatlar Palatasının iclas zalını tutublar.

Nəticədə etirazçılarla onları binadan çıxarmağa çalışan mühafizəçilər arasında münaqişə yaşanıb.

Nümayişçilərin məhz nə tələb irəli sürdükləri aydın deyil. Onlardan bəziləri prezident Mişel Temerin sağ-mərkəzçi hökumətinin həyata keçirməyi planlaşdırdığı özəlləşdirməyə qarşı şüarlar səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi