​Braziliyada kütləvi toyda 400-ə yaxın kasıb cütlük ailə qurub

​Braziliyada kütləvi toyda 400-ə yaxın kasıb cütlük ailə qurub Mərasimdə birgə gəlirləri min dollara çatmayan cütlüklər iştirak edə biliblər
Digər ölkələr
101
27 Sentyabr , 2015 05:25
​Braziliyada kütləvi toyda 400-ə yaxın kasıb cütlük ailə qurub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Braziliyanın San-Paulu şəhərində yerləşən yerli futbol stadionunda kütləvi toy mərasimi baş tutub.

"Report" xəbər verir ki, mərasimdə nikaha daxil olan 400-ə yaxın kasıb cütlük iştirak edib.

Tədbir iştirakçılarının sözlərinə görə, onlar gəliri aşağı olan insanlara bayram hədiyyə etmək istəyiblər. Bununla yanaşı onlar qeyd ediblər ki, kütləvi toy mərasimində, həmçinin uzun illər birgə yaşayan, hətta uşaqları və nəvələri olan cütlüklər də iştirak ediblər.

Bu mərasim Braziliyada artıq 9-cu ildir ardarda keçirilir. Sosial proqram "Razılıq günü" adını alıb. Həmin gün aylıq birgə gəliri min dollları ötməyən cütlüklər evlənə bilərlər.

Son xəbərlər

Orphus sistemi