Braziliyada koronavirusa yoluxanların sayı 10 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı 10 mini keçib Braziliyada pandemiya qurbanlarının sayı artmaqda davam edir.
Digər ölkələr
231
5 Aprel , 2020 03:58
Braziliyada koronavirusa yoluxanların sayı 10 mini keçib
Reuters

Braziliyada pandemiya qurbanlarının sayı artmaqda davam edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, ölkədə koronavirusa yoluxanların rəsmi sayı 10 278 nəfərə yüksəlib. Təkcə son 24 saat ərzində 1 222 nəfərdə koronavirus aşkarlanıb.

Ölənlərin sayı əvvəlki günlə müqayisədə 20% artaraq 431-ə çatıb.

2020-ci ilin ilk 13 həftəsində, ölkədə kəskin tənəffüs sindromu olan 27 773 xəstə tibb müəssisələrinə müraciət edib, onlardan yalnız 2 131 nəfərində COVID-19-a yoluxma təsdiqlənib.

Koronavirusa yoluxanların 60% -dən çoxu ölkənin cənub-şərq bölgəsində yaşayır

Son xəbərlər

Orphus sistemi