Braziliyada koronavirus xəstələrinin sayı 61,8 mini ötdü

Braziliyada koronavirus xəstələrinin sayı 61,8 mini ötdü Braziliyada son bir gündə koronavirusa 3 mindən çox yoluxma qeydə alınıb.
Digər ölkələr
27 Aprel , 2020 04:29
Braziliyada koronavirus xəstələrinin sayı 61,8 mini ötdü

Braziliyada son bir gündə koronavirusa 3 mindən çox yoluxma qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxma halların ümumi sayı 61 888-ə çatıb.

Məlumata görə, sağalmış pasiyentlərin sayı 30 152 nəfər təşkil edir. Həmçinin bildirilir ki, ölənlərin sayı 4 205 nəfərdir.

Braziliya prezidenti Jair Bolsonaru sərhədlərin açılışına başlamaq və ticarəti əvvəlki rejimdə yeniləmək arzusunu bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 804 796-ya çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi