Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 104-ə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.
Bildirilib ki, həlak olanlardan 8-i uşaqdır.
Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib.
Sinoptiklər yaxın bir neçə gün ərzində daha çox yağıntının olacağını proqnozlaşdırırlar.
Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınların qurbanlarının sayı 94 nəfərə çatıb, ölənlərdən 8-i azyaşlıdır.
“Report” xəbər verir ki, bu barədə çərşənbə günü xilasetmə xidmətlərinə istinadən
Xilasedicilər indiyə qədər dağıntılar altından sağ qalan 24 nəfəri çıxarmağa müvəffəq olub. Qeyd edilir ki, dağıntılar altında ola biləcəyi ehtimal edilən daha 35 nəfərin axtarışları davam edir. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir. Ştatın qubernatoru Klaudio Kastru fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün idarələrarası səyləri əlaqələndirmək üçün çərşənbə axşamı axşamdan şəhərdə olub. O, mətbuata açıqlamasında "Bu, 1932-ci ildən bəri (şəhərdə) ən güclü yağış idi", - deyib.
Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub; 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib. Sinoptiklər yaxın bir neçə gün ərzində daha çox yağıntının olacağını proqnozlaşdırırlar.
Hazırda Moskvada səfərdə olan Braziliya Prezidenti Jair Bolsonaro sosial şəbəkələrdə bildirib ki, təbii fəlakətdən zərər çəkənlərə federal yardımın göstərilməsinə göstəriş verib.
Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq əraziləri) güclü yağışlar, torpaq sürüşməsi və daşqınların qurbanlarının sayı 71 nəfərə çatıb, ölənlərdən 8-i azyaşlıdır.
“Report” xəbər verir ki, bu barədə xilasetmə xidmətlərinə istinadən
Məlumata görə, hazırda xilasedicilər dağıntılar altından sağ qalan 16 nəfəri çıxara biliblər, lakin dağıntılar altında daha neçə nəfərin qaldığı məlum deyil. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir. Ştatın qubernatoru Klaudio Kastru fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün idarələrarası səyləri əlaqələndirmək üçün çərşənbə axşamı axşamdan şəhərdə olub.
Qeyd edilir ki, fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. Təbii fəlakət zamanı 80 yaşayış binasına ziyan dəyib, onlardan ən azı 54-ü tamamilə dağılıb.
Braziliyanın Rio-de-Janeyro ştatında güclü yağışlar səbəbindən yaranan daşqın və torpaq sürüşməsi nəticəsində 34 nəfər ölüb.
"Report" bu barədə "Agencia Brasil" xəbər agentliyinə istinadən xəbər verir.
Xilasetmə qrupları sürüşmənin baş verdiyi ərazilərdə axtarışları davam etdirir. Tibbi qruplar zərərçəkənlərə yardım göstərir.
Hökumət ştatda fövqəladə vəziyyət elan edib
Yağışlardan ən çox zərər çəkən Offidjina bölgəsindəki torpaq sürüşmələri 80 yaşayış binasına ziyan vurub.