Braziliyada daşqın qurbanlarının sayı 24-ə çatıb

Braziliyada daşqın qurbanlarının sayı 24-ə çatıb Braziliyanın şimal-şərqindəki Bahia ştatında daşqın qurbanlarının sayı 24-ə çatıb, daha 434 sakin xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
30 Dekabr , 2021 19:51
Braziliyada daşqın qurbanlarının sayı 24-ə çatıb

Braziliyanın şimal-şərqindəki Bahia ştatında daşqın qurbanlarının sayı 24-ə çatıb, daha 434 sakin xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Bahia ştatının Mülki Müdafiə və Mühafizə İdarəsi məlumat yayıb.

On beş milyondan çox əhalisi olan Bahia ştatında tüğyan edən təbii fəlakət nəticəsində 37 324 nəfər evsiz qalıb, 53 934 rayon sakini təxliyə edilib.

Daşqınların mənfi nəticələrindən ümumilikdə 629 398 nəfər zərər çəkib.

Bahia ştatında 141 yaşayış məntəqəsi zərər çəkib. Fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu şəhərlərin sayı 132-yə enib.

Son xəbərlər

Orphus sistemi