Braziliyada COVID-19-dan daha 265 nəfər ölüb

Braziliyada COVID-19-dan daha 265 nəfər ölüb Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.
Digər ölkələr
298
13 Avqust , 2020 23:22
Braziliyada COVID-19-dan daha 265 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.

“Report”un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 265 nəfər vəfat edib, ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanlardan 2 309 477 nəfər sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə yalnız ABŞ-dan geri qalır.

Orphus sistemi