Braziliyada COVID-19-a yoluxanların sayı 2,1 milyona çatır

Braziliyada COVID-19-a yoluxanların sayı 2,1 milyona çatır Braziliyada koronavirusa yoluxma iə bağlı təsdiq edilmiş halların sayı 23,5 min artıb.
Digər ölkələr
20 İyul , 2020 04:44
Braziliyada COVID-19-a yoluxanların sayı 2,1 milyona çatır
0 : 00
0 : 00

Braziliyada koronavirusa yoluxma iə bağlı təsdiq edilmiş halların sayı 23,5 min artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ölkədə son 24 saat ərzində COVID-19-a yeni 23 529 yoluxma qeydə alınıb. Bununla yanaşı, 716 pasiyent ölüb. Bir gün əvvəl yoluxmanın yeni hadisələrinin artımı 28,5 min təşkil edib.

Braziliyada infeksiyanın yayılmasının bütün müddəti ərzində həkimlər virusa 2 098 389 yoluxmanı aşkar ediblər. Ölkədə COVID-19-a yoluxmuş 79 488 pasiyent ölüb. Eyni zamanda sağalanların sayı 1 371 229 nəfərə çatıb.

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkədə həm də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi