Braziliyada bir gündə 40 minə yaxın yoluxma olub

Braziliyada bir gündə 40 minə yaxın yoluxma olub Braziliyada koronavirusa yoluxanların sayı yenidən artıb.
Digər ölkələr
16 İyul , 2020 05:20
Braziliyada bir gündə 40 minə yaxın yoluxma olub

Braziliyada koronavirusa yoluxanların sayı yenidən artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, son sutkada 39 924 nəfərin COVID-19 testi müsbət olub. Bununla da infeksiyaya yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 966 748-ə çatıb. Ölkədə virusa  yoluxmuş ümumilikdə 75 366 pasiyent ölüb, son 24 saat ərzində daha 1 233 nəfər pandemiyanın qurbanı olub.

Nazirlik qeyd edib ki, ölkədə 1,2 milyondan çox pasiyent sağalıb.

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkə eləcə də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi