Braziliyada bir gündə 1 349 nəfər pandemiyanın qurbanı oldu

Braziliyada bir gündə 1 349 nəfər pandemiyanın qurbanı oldu Braziliyada COVID-19-dan ölənlərin sayı yenidən artıb.
Digər ölkələr
4 İyun , 2020 07:31
Braziliyada bir gündə 1 349 nəfər pandemiyanın qurbanı oldu

Braziliyada COVID-19-dan ölənlərin sayı yenidən artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son 24 saatda 1 349 nəfər pandemiyanın qurbanı olub. Bununla da koronavirus qurbanlarının sayı 32 548 nəfərə çatıb.

Son məlumatlara görə, ölkədə COVID-19-a 584 016 yoluxma təsdiq edilib. Son bir gün ərzində virusa daha 28 mindən çox yeni yoluxma aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi