Braziliyada bina uçub, 1 nəfər ölüb

Braziliyada bina uçub, 1 nəfər ölüb Braziliyanın Fortaleza şəhərində 7 mərtəbəli yaşayış binası üçüb.
Digər ölkələr
15 Oktyabr , 2019 19:53
Braziliyada bina uçub, 1 nəfər ölüb

Braziliyanın Fortaleza şəhərində 7 mərtəbəli yaşayış binası üçüb.

“Report” BBC-yə istinadən xəbər verir ki, hələlik bir nəfərin dağıntılar altında qalaraq öldüyü məlum olub.

Hadisə yerinə cəlb edilən yanğınsöndürmə xidmətinin əməkdaşları azı 15 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər.

Hadisəyə qaz sızmasının səbəb ola biləcəyi ehtimal olunur.

Hazırda yaxınlıqdakı evlərin sakinləri təxliyyə olunur. Ərazidə qaz və işıq təchizatının kəsildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi