Braziliyada avtobus qəzası, 21 nəfər ölüb

Braziliyada avtobus qəzası, 21 nəfər ölüb Braziliyada ağır yol qəzası baş verib.
Digər ölkələr
25 Yanvar , 2021 22:14
Braziliyada avtobus qəzası, 21 nəfər ölüb

Braziliyada ağır yol qəzası baş verib.

“Report” “G1” portalına istinadən xəbər verir ki, hadisə Paran ştatında qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı manelərə dəyib və xəndəyə aşıb.

Qəza nəticəsində avtobusda olan 59 sərnişinin 21-i dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

Yaralı olan yeddi nəfərin vəziyyəti ağırdır. Qəzanın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi