Braziliyada aptekdə partlayış nəticəsində 10 nəfər ölüb

Braziliyada aptekdə partlayış nəticəsində 10 nəfər ölüb Daha 14 yerli sakin yaralanıb
Digər ölkələr
1713
25 Noyabr , 2016 04:03
Braziliyada aptekdə partlayış nəticəsində 10 nəfər ölüb

Bakı. 25 noyabr. REPORT.AZ/ Braziliyanın Baiyə ştatının Kamasari yaşayış məntəqəsində yerləşən apteklərdən birində baş verən partlayış nəticəsində 10 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumata görə, daha 14 yerli sakin hadisə zamanı yaralanıb, onların çoxu yanıq xəsarəti alıb. Partlayışın dəqiq səbəbi məlum deyil. Lakin ehtimala görə, bu, məişət qazının sızmasından baş verə bilər. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi