Braziliyada 60-dan çox insan leysan yağışların qurbanı olub

Braziliyada 60-dan çox insan leysan yağışların qurbanı olub Ötən həftə Braziliyanın cənub-şərqində güclənmiş leysan yağışların qurbanlarının sayı 63 nəfərə çatıb.
Digər ölkələr
29 Yanvar , 2020 07:09
Braziliyada 60-dan çox insan leysan yağışların qurbanı olub

Ötən həftə Braziliyanın cənub-şərqində güclənmiş leysan yağışların qurbanlarının sayı 63 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının xilasetmə xidmətinin yenilənmiş məlumatında bildirilir. 

Qeyd edilir ki, ən böyük insan itkiləri Minas-Jerays ştatında qeydə alınıb. Burada 52 nəfər təbii hadisənin qurbanı olub. Ştatın 100-dən çox bələdiyyəsində fövqəladə vəziyyət elan edilib.

Qeyd edilir ki, daşqın təhlükəsinə və sürüşmələrə görə demək olar, 29 min sakin öz evlərindən təxliyyə edilib, 4 mindən çox insan evsiz qalıb.

İki həftədir yağışların başladığı qonşu Espiritu-Santuda 9 nəfər həlak olub. Məlumata görə, bu ştatda 13 min sakin öz evlərini tərk etməyə məcbur olub, onlardan 1,5 min nəfərinin yeni evə ehtiyacı var.  

Son xəbərlər

Orphus sistemi