Braziliyada 10 mindən çox insan koronavirusun qurbanı olub

Braziliyada 10 mindən çox insan koronavirusun qurbanı olub Braziliyada bir gün ərzində koronavirus qurbanlarının sayı daha 730 nəfər artıb.
Digər ölkələr
10 May , 2020 03:57
Braziliyada 10 mindən çox insan koronavirusun qurbanı olub

Braziliyada bir gün ərzində koronavirus qurbanlarının sayı daha 730 nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

Qeyd edilir ki, bununla da Braziliyada koronavirus qurbanlarının sayı 10 627 nəfərə çatıb. 

Ölkədə virusdan ən çox ölüm sayı San-Paulo ştatında qeydə alınıb. Burada 3,6 mindən çox insan pandemiyanın qurbanı olub. Siyahıda ikinci yerdə Rio-de-Janeyro qərarlaşıb. Həmin yaşayış məntəqəsində təxminən 1,6 min pasiyent xəstəlikdən ölüb.

Braziliya hakimiyyətinin məlumatına görə, ölkədə ümumilikdə 155 939 sakin koronavirusa yoluxub. Bir gün ərzində yeni yoluxma hallarının sayı 10 611 təşkil edib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi