Braziliya prezidentinin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib

Braziliya prezidentinin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib Braziliya prezidenti Jair Bolsonarunun oğlu, deputat Eduard Bolsonaru namizədliyinin ABŞ-da səfir vəzifəsinə irəli sürülməsindən imtina edib.
Digər ölkələr
23 Oktyabr , 2019 07:57
Braziliya prezidentinin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib

Braziliya prezidenti Jair Bolsonarunun oğlu, deputat Eduard Bolsonaru namizədliyinin ABŞ-da səfir vəzifəsinə irəli sürülməsindən imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, gənc siyasətçi bununla bağlı açıqlamanı Nümayəndələr palatasının plenar iclasının gedişatında verib.

"Mən bunun üzərində uzun müddət düşünürdüm, biz çoxları ilə məsləhətləşirdik. Həmçinin seçiciləri də xatırlamaq lazımdır. Etiraf edirəm, onların bir çoxu bu ideyanı dəstəkləmədilər", - deyə parlament üzvü öz qərarını izah edib.

Eduard Bolsonaru qeyd edib ki, Braziliyada onu ən azı, amma ola bilər, daha əhəmiyyətli rol gözləyir.

Dövlət başçısının oğlu bazar ertəsi ölkə parlamentinin aşağı palatasında Sosial Liberal Partiyasının fraksiyasının başçısı kimi təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi