Braziliya prezidenti Luiz İnasio Lula da Silva əməliyyat olunub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat uğurlu keçib.
Prezidentin həkimi Roberto Kalil bildirib ki, dövlət başçısı artıq narkozdan sonra özünə gəlib, danışır, bir neçə saatdan sonra adi palataya köçürüləcək.
Onun sözlərinə görə, planlaşdırılan bud-çanaq əməliyyatı ilə yanaşı, dövlət başçısı blefaroplastika əməliyyatı da keçirib.
Həkimlər sağalma prosedurlarının şənbə günü başlayacağına inanırlar. Lula da Silvanın gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı xəstəxanadan çıxacağı gözlənilir. Kalil vurğulayıb ki, Braziliya Prezidenti yaxşı fiziki formadadır.