​Braziliya polisi Rio-de-Janeyroda böyük kriminal dəstəni zərərsizləşdirib

​Braziliya polisi Rio-de-Janeyroda böyük kriminal dəstəni zərərsizləşdirib Saxlanılan cinayətkarlar silah satışı və narkotik yaymaqda ittiham olunurlar
Digər ölkələr
17 İyun , 2015 03:49
​Braziliya polisi Rio-de-Janeyroda böyük kriminal dəstəni zərərsizləşdirib

Bakı. 17 İyun. REPORT.AZ/ Braziliyada polisin apardığı geniş xüsusi əməliyyat nəticəsində Rio-de-Janeyro ştatının böyük kriminal dəstəsinə məxsus 26 nəfər saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, saxlanılan cinayətkarlar silah satışı və narkotik maddələrin yayılmasında ittiham olunurlar.

Polisin məlumatına görə, qruplaşma cinayət fəaliyyətindən hər ay 2,5 milyon dollar gəlir götürüb.

Əməliyyata Braziliya hüquq-mühafizə orqanlarının təqribən 400 əməkdaşı cəlb olunub.

Son xəbərlər

Orphus sistemi