Braziliya polisi hava limanında partlayış törətmək istəyən şübhəli şəxsi saxlayıb

Braziliya polisi hava limanında partlayış törətmək istəyən şübhəli şəxsi saxlayıb Braziliyanın paytaxtı Federal Dairəsinin polisi beynəlxalq hava limanı ərazisində partlayış təşkil etmək cəhdində şübhəli bilinən şəxsi saxlayıb.
Digər ölkələr
26 Dekabr , 2022 05:54
Braziliya polisi hava limanında partlayış törətmək istəyən şübhəli şəxsi saxlayıb

Braziliyanın paytaxtı Federal Dairəsinin polisi beynəlxalq hava limanı ərazisində partlayış təşkil etmək cəhdində şübhəli bilinən şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü "Correio Braziliense" qəzeti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs ölkənin şimalındakı Para ştatından 54 yaşlı iş adamı olub, o, dövlət başçısı funksiyalarının ötürülməsinə qarşı çıxan prezident Jair Bolsonaronun tərəfdarlarının aksiyalarında iştirak etmək üçün paytaxta gəlib. İş adamının yaşadığı mənzildən iki tüfəng, bir pulemyot və bir neçə tapança, həmçinin döyüş sursatı və partlayıcı maddələr aşkar edilib.

Nəşrin polisə istinadən verdiyi xəbərə görə, şübhəli şəxs silahı öz avtomobilində gətirib və Para əyalətində mədən işləri zamanı istifadə olunduğu güman edilən partlayıcı daha sonra ona çatdırılıb. İstintaq planın təfərrüatlarını öyrənir və cinayətkarın əlbir olduğu mümkün şəxsləri müəyyənləşdirir.

O, terrorçuluqda ittiham olunur.

Son xəbərlər

Orphus sistemi