Yuxarı

Braziliya parlamentinin aşağı palatası prezidentin impiçmentini müzakirəyə çıxaracaq

Səsvermə prosesinin açıq olacağı gözlənilir.

Bakı. 17 aprel. REPORT.AZ/Bu gün Braziliya parlamentinin aşağı palatası prezident Dilm Russeffin impiçmenti məsələsinə səs verəcək.

"Report" xəbər verir ki, səsvermənin açıq olacağı gözlənilir. 

Qanunverici orqanın üzvləri növbə ilə mikrofona yaxınlaşaraq səs verdiklərini elan edəcəklər.

Bunun üçün onların hər birinə 10 saniyə vaxt ayrılacaq. 

Qeyd edək ki, Braziliya prezidenti korrupsiyada ittiham olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi