Braziliya əcnəbilərin ölkəyə girişinə qadağa qoydu

Braziliya əcnəbilərin ölkəyə girişinə qadağa qoydu Braziliya hakimiyyəti koronavirus epidemiyası ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişinə müvəqqəti qadağa qoyub.
Digər ölkələr
28 Mart , 2020 06:06
Braziliya əcnəbilərin ölkəyə girişinə qadağa qoydu

Braziliya hakimiyyəti koronavirus epidemiyası ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişinə müvəqqəti qadağa qoyub.

“Report” xəbər verir ki, Ədliyyə nazirliyinin müvafiq əmri rəsmi mətbuatda yayımlanıb.

Məhdudiyyət həmçinin, Braziliyadan üçüncü ölkələrə səyahət edən sərnişinlərə də şamil ediləcək. Gələcək bir ay ərzində aviaşirkətlərə bu cür sərnişinləri təyyarəyə götürmək qadağan edilib.

Keçən həftə Braziliya Avropa Birliyinə üzv olan ölkələrdən, habelə Avstraliya, Böyük Britaniya, İslandiya, Çin, Malayziya, Norveç, Cənubi Koreya, İsveçrə və Yaponiyadan olan vətəndaşların ölkə ərazisinə girişini məhdudlaşdırıb.

Əcnəbilər üçün ölkənin bütün quru sərhədləri bağlanıb. 

Son xəbərlər

Orphus sistemi