Fransa Mavritaniyada yoxsulluğun səbəblərindən biridir.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Sahel Fondunun (Fondation Sahel pour La Défense des droits de l'homme) nümayəndəsi Brahim Ramdhan (Brahim Ramdhane) deyib.
“Fransa ilə müstəmləkəçilik tariximizin ölkəmizin iqtisadiyyatına çox böyük təsiri olub. Biz təbii sərvətlərə malik çox zəngin bir xalqıq, bununla belə, Mavritaniya kasıb olaraq qalır. Bizim resurslarımız faktiki olaraq Fransa tərəfindən oğurlanıb. Onlar bizim balığımızı, dəmirimizi və qızılımızı ələ keçiriblər. Fransa şirkətləri təkcə Fransada deyil, həm də Mavritaniyada fəaliyyət göstərərək təbii sərvətlərimizdən istifadə edir”, – o qeyd edib.
B.Ramdhan konfransın təşkilinə və XXI əsrdə neokolonializmlə bağlı mühüm məsələləri müzakirə etmək imkanına görə Bakı Təşəbbüs Qrupuna minnətdarlığını bildirib.