Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) radikal HƏMAS hərəkatının girov götürdüyü şəxslərlə görüş üçün əlindən gələni edir.
“Report” xəbər verir ki, bunu BQXK-nın prezidenti Miryana Spolyariç deyib.
Onun sözlərinə görə, girovların saxlanması beynəlxalq humanitar hüquqla qadağandır. “Biz onların buraxılması üçün təzyiqləri davam etdiririk”, - M.Spolyariç Cenevrədə verdiyi bəyanatda bildirib.
O, komitənin təkbaşına bunu edə bilməyəcəyini vurğulayıb. Komitə rəhbərinin sözlərinə görə, BQXK-ya bu işi təhlükəsiz həyata keçirməyə imkan verəcək razılaşmalar əldə edilməlidir, humanitar təşkilat girovlar arasında uşaqların, qocaların, əlillərin və digər həssas insanların olmasından çox narahatdır.
BQXK-nın məlumatına görə, noyabrın 14-də M.Spolyariç komitənin qərargahında girovların ailələri, İsrailin xarici işlər və səhiyyə nazirləri ilə görüşəcək.