“Böyük yeddilər” gələn həftə Əfqanıstanla bağlı onlayn sammit keçirəcək

“Böyük yeddilər” gələn həftə Əfqanıstanla bağlı onlayn sammit keçirəcək ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında G7-nin (“Böyük yeddilər”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməyə razılaşdırıblar.
Digər ölkələr
18 Avqust , 2021 01:33
“Böyük yeddilər” gələn həftə Əfqanıstanla bağlı onlayn sammit keçirəcək

ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında G7-nin (“Böyük yeddilər”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməyə razılaşdırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

"Onlar ümumi strategiyanı və yanaşmanı müzakirə etmək üçün gələn həftə G7 liderlərinin virtual görüşünü keçirməyə razılaşdırdılar", - xəbərdə qeyd edilir.

Qeyd edək ki, Britaniyanın baş naziri Boris Consonla ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Britaniyanın hökumət başçısı ABŞ-ın dövlət rəhbəri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.

Son xəbərlər

Orphus sistemi