Böyük Britaniyanın Ukraynaya hərbçi göndərmək planı yoxdur

Böyük Britaniyanın Ukraynaya hərbçi göndərmək planı yoxdur Böyük Britaniya hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil.
Digər ölkələr
16 May , 2024 06:43
Böyük Britaniyanın Ukraynaya hərbçi göndərmək planı yoxdur

Böyük Britaniya hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil.

"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps "The Daily Telegraph"a müsahibəsində deyib.

“Mən sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini Ukraynaya yaxınlaşdırmağın mənası var”, - nazir vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi