Böyük Britaniyada seçki kampaniyası başlayıb

Böyük Britaniyada seçki kampaniyası başlayıb Böyük Britaniyada dekabrın 12-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası rəsmən başlayıb.
Digər ölkələr
6 Noyabr , 2019 16:10
Böyük Britaniyada seçki kampaniyası başlayıb

Böyük Britaniyada dekabrın 12-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası rəsmən başlayıb.

“Report” DW-yə istinadən xəbər verir ki, baş nazir Boris Conson “Brexit”lə bağlı düşdüyü çıxılmaz vəziyyətdən qarşıdakı seçkilər vasitəsilə qurtulmaq ümidində olsa da, müşahidəçilər bunun baş tutacağına əmin deyillər. Keçirilən rəy sorğuları mühafizəkarlar üçün müsbət nəticələr versə belə, seçkilərdə başlıca partiyaların mütləq çoxluğa nail olmayacaqları bildirilir.

Ötən gün B.Conson ABŞ prezidenti Donald Trampla telefon söhbəti zamanı “Brexit” sonrası ikitərəfli ticarət əlaqələrinə dair müzakirələr aparıb. Ağ Evdən verilən açıqlamaya görə, tərəflər “etibarlı” ticarət sazişi imzalamaq əzmində olduqlarını bildiriblər. Belə ki, Avropa İttifaqı üzvlüyü davam etdikcə Böyük Britaniyanın belə saziş imzalaması mümkün deyil.

Xatırladaq ki, Avropa İttifaqı “Brexit”i gələn ilin 31 yanvar tarixinədək təxirə salmağa razılıq vermişdi.

Son xəbərlər

Orphus sistemi