Britaniyada COVID-19-a yoluxmaların 90%-dən çoxu "omikron"la bağlıdır

Britaniyada COVID-19-a yoluxmaların 90%-dən çoxu "omikron"la bağlıdır Böyük Britaniyada koronavirusa yoluxanların 90%-dən çoxu "omikron" ştamı ilə bağlıdır.
Digər ölkələr
30 Dekabr , 2021 03:48
Britaniyada COVID-19-a yoluxmaların 90%-dən çoxu omikronla bağlıdır

Böyük Britaniyada koronavirusa yoluxama hallarının 90%-dən çoxu "omikron" ştamı ilə bağlıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Son məlumata görə, gün ərzində koronavirusa rekord sayda - 183 min yoluxma qeydə alınıb.

Ölkədə "omikron" ştamı ilə yoluxma halları isə ümumilkdə 210 min nəfər təşkil edir.

Yeni ştam İngiltərədə dekabrın ortalarında dominant olub və sürətlə yayılmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi