Böyük Britaniyada haubitsa istehsalı zavodu yenidən qurulub
Digər ölkələr
- 13 iyun, 2025
- 03:14
“M777” haubitsa istehsalı zavodu Avropada silaha tələbatın artması səbəbindən İngiltərənin Şeffild şəhərində yenidən qurulub.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, “BAE Systems” zavodu 200-ə yaxın insanı işlə təmin edəcək. Müəssisənin açılış mərasimində cümə axşamı Böyük Britaniyanın müdafiə naziri Con Hili iştirak edib.
“The Daily Telegraph”ın xəbərinə görə, 2023-cü ildə BAE Systems Böyük Britaniyada “M777” haubitsalarının istehsalını dayandırmaq qərarına gəlib, lakin Avropa ölkələrində silaha tələbatın yüksək olması fonunda şirkət zavodda fəaliyyətini bərpa edib.
Bundan əvvəl Britaniya hakimiyyəti Kiyev hakimiyyətinə “M777” haubitsalarının tədarükü barədə məlumat verib.
Son xəbərlər
17:07
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə17:05
Norveç təmsilçisi Olimpiadalar tarixində ən çox qızıl medal qazanan ikinci idmançı olub
Futbol16:57
Foto
Sahil Babayev İctimai şura üzvləri ilə görüşüb
Maliyyə16:55
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya16:55
Nazirliyin sosial layihəsi üzrə daha 15-dək mənzil satılıb
Sosial müdafiə16:55
"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat olub
Futbol16:53
Pakistanlı professor: "Böyük Qayıdış" beynəlxalq bərpa nümunəsi ola bilər
Qarabağ16:50
Fransada partiyanın ofisi bomba təhdidi ilə üzləşib
Digər ölkələr16:48