Böyük Britaniyanın hərbi xərcləri azaldıla bilər

Böyük Britaniyanın hərbi xərcləri azaldıla bilər Böyük Britaniya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin modernləşdirilməsi üçün büdcənin ciddi şəkildə azaldılacağını gözləyir.
Digər ölkələr
14 Avqust , 2024 09:50
Böyük Britaniyanın hərbi xərcləri azaldıla bilər

Böyük Britaniya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin modernləşdirilməsi üçün büdcənin ciddi şəkildə azaldılacağını gözləyir.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" nazirlikdəki mənbələrə istinadən yazıb.

Məlumatda bildirilib ki, cari maliyyə ilində (2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər) elm və texnologiya, tədqiqat və inkişafa ayrılan xərclər təxminən 20 faiz azaldıla bilər. Jurnalistlər qeyd edirlər ki, nəticədə yüzlərlə vətəndaş işsiz qala bilər.

“Qabaqcıl texnologiyalara bu sərmayələr olmasa, ordu təkcə Çin və Rusiya kimi düşmənlərimizdən deyil, həm də amerikalılar kimi həmkarlarımızdan geri qalma riski ilə üzləşir”, - dövlət məmurları bildiriblər.

Onların sözlərinə görə, büdcənin azaldılması Silahlı Qüvvələrin döyüş qabiliyyətinin aşağı düşməsinə və Böyük Britaniyanın təhlükəsizlik potensialının azalmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi