Böyük Britaniya istedad sahiblərini cəlb etməyə çalışır

Böyük Britaniya istedad sahiblərini cəlb etməyə çalışır Böyük Britaniya hökuməti 5 may tarixindən nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş elm və sənət adamlarının işgüzar vizalar alması prosedurunu sadələşdirib
Digər ölkələr
5 May , 2021 17:00
Böyük Britaniya istedad sahiblərini cəlb etməyə çalışır

Böyük Britaniya hökuməti 5 may tarixindən nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş elm və sənət adamlarının işgüzar vizalar alması prosedurunu sadələşdirib.

“Report” “PA Media”-ya istinadən xəbər verir ki, bu addım bütün dünyanın ən böyük istedad sahiblərini ölkəyə cəlb etmək məqsədi daşıyan dəyişikliklərin bir hissəsidir. Belə ki, “Oscar”, “Tony”, “Grammy”, Nobel, “BRIT” mükafatları Böyük Britaniyada yaşamaq və çalışmaq vizasını sadələşdirilmiş qayda ilə əldə edənlər arasında olacaq. Həmçinin rəqs, dəb, memarlıq, sosial elmlər sahələrində bəzi mükafatların sahibləri də bu qaydadan yararlana biləcəklər.

“Bu mükafatların sahibləri çalışma həyatlarının zirvəsinə çatıblar və Birləşmiş Krallığa çox şey verə bilərlər. Ən mahir, parlaq mütəxəssisləri haradan gəldiklərinə görə yox, malik olduqları istedad və bacarıqlarına görə cəlb etmək xallara əsaslanan yeni immiqrasiya sistemimizin başlıca məramıdır” – deyə daxili işlər naziri Priti Patel bildirib.

Son xəbərlər

Orphus sistemi