Böyük Britaniya İsrail və İranı təcili olaraq gərginliyi azaltmağa çağırıb - YENİLƏNİB
- 13 iyun, 2025
- 09:50
Böyük Britaniyanın Baş naziri Kir Starmer İran və İsraili "geri addım atmağa və təcili olaraq gərginliyi azaltmağa" çağırıb.
"Report" "BBC"yə istinadən xəbər verir ki, Starmer zərbələri "narahatedici" adlandırıb.
"Münaqişənin eskalasiyası regionda heç kimə fayda vermir", - deyə o bildirib.
"Yaxın Şərqdə sabitlik prioritet olmalıdır və biz tərəfdaşları münaqişənin deeskalasiyasına cəlb edirik. İndi təmkin, sakitlik və diplomatiyaya qayıtmaq vaxtıdır", - Britaniya baş naziri deyib.
09:43
Böyük Britaniya İran və İsraili təmkinli olmağa çağırır.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi sosial şəbəkələrdə yazıb.
"Yaxın Şərqdə sabitlik qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir. Gecə zərbələri haqqında məlumatlardan narahatam. Daha da gərginləşmə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır və heç kimin maraqlarına xidmət etmir. Bu, təhlükəli bir andır və mən bütün tərəfləri təmkinli olmağa çağırıram", - o yazıb.