Böyük Britaniya "Brexit"-dən sonra yeni ticarət ittifaqları ilə sövdələşəcək

Böyük Britaniya "Brexit"-dən sonra yeni ticarət ittifaqları ilə sövdələşəcək Bakı. 26 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Brexit işləri üzrə naziri Devid Devis Midlsboro şəhərinə edəcəyi səfəri çərçivəsində rəsmi Londonun Brexit-dən sonra keçid dövrünə aid planları barədə danışacaq.
Digər ölkələr
26 Yanvar , 2018 04:49
Böyük Britaniya Brexit-dən sonra yeni ticarət ittifaqları ilə sövdələşəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın "Brexit" işləri üzrə naziri Devid Devis Midlsboro şəhərinə edəcəyi səfəri çərçivəsində rəsmi Londonun "Brexit"-dən sonra keçid dövrünə aid planları barədə danışacaq.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Avropa Birliyi (AB) ilə Gömrük İttifaqında iştirak bizi ticarət sazişləri barədə rəsmi danışıqların aparılması və ya imzalanmasından saxlamamalıdır", - deyə nazir bildirib.

Bununla belə o, yeni ticarət sazişlərinin "Brexit"in implementasiya (həyata keçirilməsi-red) dövrü bitənədək qüvvəyə minməyəcəyini bildirib. Nazirin sözlərinə görə, Böyük Britaniya son 40 il ərzində ilk dəfə yeni saziş imzalamaq imkanı əldə edib.

Qeyd edək ki, ölkə 2019-cu ilin 29 martında Avropa Birliyini tərk edəcək. Britaniyanın qurumdan çıxması ilə bağlı sazişin şərtlərinin həyata keçirilməsi üçün keçid dövrü barədə razılaşmanın martın sonunadak əldə olunacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi