Bakı. 14 iyun. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqı (Aİ) ordusunun yaradılması cəhdlərinə tam veto qoyacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Aİ-yə üzv ölkələrin müdafiə nazirlərinin planlı görüşünə gəldiyi zaman bildirib.
"Aİ ordusunun yaradılması üçün heç bir imkan yoxdur. Biz buna tam qadağa qoyacağıq", - nazir deyib.
Maykl Fellon həmçinin vurğulayıb ki, Böyük Britaniya NATO-nun Şərqi Avropadakı dörd batalyonundan birini təmin edəcək. "Böyük Britaniya gələn ildən NATO-nun Şərqi Avropa ölkələrinin birində yerləşdiriləcək batalyonu hərbçilərlə təmin edəcək. Bunun məhz hansı batalyon olması müəyyənləşdiriləcək", - deyə, o bildirib.
"Britaniyalı hərbçilər rotasiya aparacaq, bu, hərbi bazanın yaradılması deyil", - Fellon vurğulayıb.