Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb

Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb Bakı. 23 yanvar. REPORT.AZ/ Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
23 Yanvar , 2019 06:23
Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Universal" İdalqo ştatının hakimyyət orqanlarına istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, partlayış nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb. Məlumata görə, hadisə zamanı xəsarət alan 48 nəfər hələ də xəstəxanadadır. Onlardan ikisi ABŞ vətəndaşıdır.

Partlayış və güclü yanğın yanvarın 18-də boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilən vaxt baş verib. Hadisə zamanı ərazidə 350 yerli sakin olub.

Daha əvvəl hadisə zamanı 91 nəfərin həlak olduğu bildirilirdi.  

Son xəbərlər

Orphus sistemi