Borrell: “Aİ Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi ola bilməz”
Digər ölkələr
- 11 may, 2022
- 03:27
Avropa İttifaqı (Aİ) Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz.
“Report” “Frankfurter Allgemeine Zeitung”a istinadən xəbər verir ki, bu fikri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.
O, qeyd edib ki, danışıqların nəticəsini yalnız Ukrayna, Rusiya və vasitəçi müəyyən etməlidir.
"Biz yox. Rusiyalıları biz qəbul etməyəcəyimiz kimi Rusiya da bunu qəbul etməyəcək", - Borrell deyib.
Eyni zamanda, o, əlavə edib ki, Çin də Rusiyaya meyl etdiyi üçün vasitəçi kimi uyğun deyil.
"Türkiyə orada çox yaxşı işlər görür. Hər iki tərəflə yaxşı münasibətləri var", - Borrel vurğulayıb.
“Ən yaxşısı, əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatı olardı”, - Aİ-nin ali nümayəndəsi fikirlərini yekunlaşdırıb.
Son xəbərlər
10:32
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə10:13
Azərbaycan Basketbol Liqasında XIV tura bu gün yekun vurulacaq
Komanda10:04
Foto
Azərbaycan Asiya Parlament Assambleyasının növbəti sessiyasında təmsil olunur
Milli Məclis10:02
Qetji yüngül çəkidə UFC-nin müvəqqəti çempionluq kəmərini qazanıb
Fərdi09:43
Premyer Liqa: Lider "Sabah" bu gün qalib gəlməklə "Qarabağ"la xal fərqini artıra bilər
Futbol09:35
Takaiçi: ABŞ Yaponiyadan müdafiə xərclərini artırmağı tələb etməyib
Digər ölkələr09:13
Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Hadisə09:10
İndoneziyada torpaq sürüşməsi nəticəsində itkin düşən 80 nəfərin axtarışı bərpa edilib
Digər ölkələr08:50