Borrel: “Separatçı vilayətlərin Rusiyaya birləşdirilməsi Ukraynadakı müharibənin bitməsini mümkünsüz edir”

Borrel: “Separatçı vilayətlərin Rusiyaya birləşdirilməsi Ukraynadakı müharibənin bitməsini mümkünsüz edir” “Separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi Ukrayna ətrafındakı müharibənin bitməsini mümkünsüz edir”.
Digər ölkələr
1 Oktyabr , 2022 19:11
Borrel: “Separatçı vilayətlərin Rusiyaya birləşdirilməsi Ukraynadakı müharibənin bitməsini mümkünsüz edir”

“Separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi Ukrayna ətrafındakı müharibənin bitməsini mümkünsüz edir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel İspaniyanın “24 Horas” telekanalına müsahibəsində bildirib.

“Bu ərazilərin ilhaqını heç kim tanımır. Rusiya hakimiyyətinin bu qərarı müharibənin bitməsini praktiki olaraq qeyri-mümkün edir”- deyə, o bildirib.

Qeyd edək ki, Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Son xəbərlər

Orphus sistemi