Borrel: "Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib”

Borrel: "Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib” Avropa İttifaqı (Aİ) ölkələri Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini razılaşdıra bilməyib.
Digər ölkələr
12 Dekabr , 2022 12:27
Borrel: Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib”
Jozep Borrel

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

O bildirib ki, sanksiyalar paketinin məzmunu ilə bağlı Aİ-yə üzv ölkələr arasında “fikir ayrılıqları” var.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının (AK) 9-cu sanksiyalar paketini təqdim etdiyi barədə xəbər verilmişdi. Məlumata görə, bu paket çərçivəsində daha 200-ə yaxın şəxs və müəssisə, üç bank, dörd telekanal, hərbi sənaye kompleksi şirkətləri "qara siyahı"ya salınacaq. Paketə həmçinin ikili təyinatlı dronların və onların komponentlərinin tədarükünə məhdudiyyətlərin tətbiqi daxildir.

Son xəbərlər

Orphus sistemi