Boris Conson yenidən özünü təcrid etdi

Boris Conson yenidən özünü təcrid etdi Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.
Digər ölkələr
16 Noyabr , 2020 01:39
Boris Conson yenidən özünü təcrid etdi
Boris Conson

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, siyasətçi 12 noyabr tarixində bir qrup millət vəkili ilə görüşüb. Daha sonra həmin millət vəkillərindən biri, Li Andersonda koronavirus aşkarlanıb.

Baş nazir özünü yaxşı hiss etdiyini və COVID-19 əlamətlərinin olmadığını söyləyib. O, məsafədən işləyəcəyini də əlavə edib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Boris Conson artıq bir dəfə yeni növ koronavius infeksiyasına yoluxub.

Son xəbərlər

Orphus sistemi