Bolton İranın xarici işlər nazirinə qarşı sanksiyaları şərh edib

Bolton İranın xarici işlər nazirinə qarşı sanksiyaları şərh edib ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə qarşı sanksiyalara münasibət bildirib.
Digər ölkələr
1 Avqust , 2019 22:43
Bolton İranın xarici işlər nazirinə qarşı sanksiyaları şərh edib

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə qarşı sanksiyalara münasibət bildirib. 

"Report" xəbər verir ki, bu barədə "Fox Business" məlumat yayıb. 

Bolton "Fox Business"ə verdiyi müsahibədə İranın terrorizmə dəstək verən bir ölkə olduğunu bildirib. 

Siyasətçinin sözlərinə görə, Zərifə qarşı sanksiyaların məqsədi ABŞ-ın İran nazirini ölkəsinin "qanunsuz nümayəndəsi" hesab etdiyini nümayiş etdirmək idi.

Bundan əvvəl İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın xarici işlər nazirinə qarşı sanksiyalarını qeyri-ciddi  adlandırmışdı.

Son xəbərlər

Orphus sistemi