Bolqarıstanın kurort zonasında qar uçqunu baş verib

Digər ölkələr
  • 17 mart, 2017
  • 19:34
Bolqarıstanın kurort zonasında qar uçqunu baş verib

Bakı. 17 mart. REPORT.AZ/ Bolqarıstanın Bansko şəhəri yaxınlığında, Pirin dağlarında baş verən qar uçqunu nəticəsində bir nəfər ölüb.

"Report" xəbər verir ki, uçquna düşən gənc oğlanın meyiti Todorka yüksəkliyi ərazisində aşkar olunub.

Hadisə bu gün Bakı vaxtı ilə 19:20-də baş verib. İlkin məlumata görə, 23 yaşlı oğlan qar uçqununa xizək sürmək üçün qadağan olunmuş ərazidə düşüb.

44 filmi