Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb

Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi epidemiyası yayılıb.
Digər ölkələr
17 Aprel , 2024 20:39
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb

Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb.

Bir həftə əvvəl virus Haskovo şəhərində 25 mindən çox toyuqda tapılıb.

Təsərrüfatlardan 3 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, ərazidə baytarlıq nəzarəti gücləndirilib.

Son xəbərlər

Orphus sistemi