Bolqarıstanın Baş naziri: "Ukrayna müharibədə qalib gələcək"
Digər ölkələr
- 28 aprel, 2022
- 16:45
Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gələcək.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Bolqarıstanın Baş naziri Kiril Petkov Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
"Ukrayna bu müharibədə qalib gələcək. Və bütün demokratik ölkələr sizin tərəfinizdə olacaq. Məncə, heç bir şübhə yoxdur ki, bu, baş verəcək yeganə nəticə olacaq", - Petkov deyib.
O, Ukraynadakı müharibənin nəticələrini öz gözləri ilə görməyin vacib olduğunu vurğulayıb.
"Ətrafında hərbiçi olmayan kiçik bir icmada bombalanmış yaşayış binalarını görəndə çox təsirləndim. Bu gün gördüyüm ən təsirli şəkil yaşayış binasının dağıntıları arasında uşaq oyuncağı idi”, - Petkov qeyd edib.
Son xəbərlər
23:27
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Xarici siyasət23:26
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
Hadisə23:20
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Hadisə23:14
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Hadisə23:00
Foto
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib
Din22:46
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Xarici siyasət22:39
Ruslan Paşayev "Qran-pri"nin qalibi olub
Fərdi22:33
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Xarici siyasət22:25