Yuxarı
    Bağlamaq

    ​Bolqarıstanda xüsusi əməliyyat zamanı 500-dən çox miqrant saxlanılıb

    Onların əksəriyyətinin sənədi olmayıb

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Bolqarıstan prokurorluğu, Daxili İşlər Nazirliyi və Miqrasiya Xidməti tərəfindən aparılan birgə xüsusi əməliyyat zamanı 500-dən yuxarı qaçqın saxlanılıb.

    "Report" xəbər verir ki, onların əksəriyyətinin sənədi olmayıb.

    Saxlanılan şəxslər radikal qurumlara mənsubluqları yoxlanılmaq məqsədi ilə Miqrasiya İdarəsinin qəbul məntəqələrinə aparılıblar.

    Sofiya, Draqoman, Vidin və Montana şəhərlərində doqquz mindən çox insan, təqribən beş min nəqliyyat vasitəsi, həmçinin otel və istirahət evləri yoxlamadan keçirilib.

    Polisin məlumatına görə, qaçqınların qonşu Türkiyədən Bolqarıstan ərazisinə keçirilməsini təşkil etməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb. Onlardan biri bilavasitə sərhəd yaxınlığında həbs edilib. Onun üzərində böyük həcmdə avro və ərazinin ətraflı xəritəsi olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi