Bakı. 8 yanvar. REPORT.AZ/ Bolqarıstanda türklərin sıx yaşadığı bölgələrdə türk dilində yayımlanan dövlət radiosunun ötürücüləri bağlanıb.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu hadisə Bolqarıstan vətəndaşı olan türklərin etirazına səbəb olub.
Xəbərdə vurğulanıb ki, Bolqarıstan radiosunda türk dilində verilişlər 1945-ci ildən yayımlanır. 1984-1989-cu illərdə türklərə qarşı yürüdülən "bolqarlaşdırma" siyasəti zamanı türkcə verilişlərin yayımlanması dayandırılmışdı. Bu il yanvarın 1-dən isə türklər yaşadıqları bölgələrdə həmin radionun verilişlərini dinləyə bilmir.