Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir

Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir Prezident və parlament seçkilərinin eyni vaxtda keçirildiyi Bolqarıstanda seçki məntəqələri açılıb.
Digər ölkələr
14 Noyabr , 2021 09:52
Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir

Prezident və parlament seçkilərinin eyni vaxtda keçirildiyi Bolqarıstanda seçki məntəqələri açılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin 31 seçki dairəsinə (daha bir dairə xaricdə səs verən vətəndaşlar üçün nəzərdə tutulub) bölünüb. Seçki dairələrində ümumilikdə 11 874 seçki məntəqəsi açılıb. Ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin ümumi sayı isə 6,6 milyon nəfərdir.

Bu il üçüncü dəfə keçirilən parlament seçkilərində 27 partiya iştirak edir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq yalnız 4 faizlik baryeri keçənlər Milli Məclisə keçəcək.

Bolqarıstanda parlament seçkiləri ilə paralel şəkildə prezident seçkiləri də keçirilir. Vətəndaşlar 23 namizəd arasından seçim etməlidirlər. Ölkədə aparılan sorğular zamanı vətəndaşlar hazırkı prezident Rumen Radevə üstünlük verib, lakin onun ilk turda qalib gəlmə ehtimalının az olduğunu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi